Gürcüstanda 320-dən çox QHT "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyat üçün müraciət edib
Artıq 320-dən çox Gürcüstan QHT-si "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyatdan keçmək üçün müraciət edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Tamar Tkeşelaşvili bildirib.
“Cəmiyyətdə yanlış məlumatlar yayılır ki, QHT-lərin yalnız 1 faizi qanuna əməl edir. Mən deyə bilərəm ki, bu cür məlumatlar həqiqəti əks etdirmir. Əksinə, QHT-lərin 1 faizdən azı qanuna tabe olmur”, - deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsində "Xarici agentlər haqqında" qanuna qarşı prezident, 121 QHT, 38 müxalif deputat və jurnalistlər tərəfindən 4 iddia qaldırılıb.
Qanuna əsasən, QHT-lər sentyabrın 2-dək Xarici Təsirlərin Şəffaflıq Reyestrində qeydiyyatdan keçməlidirlər. Bəyannamənin müəyyən edilmiş müddətdə doldurulmaması və ya imtina edilməsi cərimə ilə nəticələnəcək.
Oxşar xəbərlər
Gürcüstanda 230-dan çox QHT “xarici agentlər” haqqında qanun çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət edib
Gürcüstanda 38 deputat "Xarici agentlər haqqında" qanuna qarşı məhkəmədə iddia qaldırıb
“Xarici agentlər haqqında” qanuna görə bu gün Gürcüstan Konstitusiya Məhkəməsində növbəti iddia qaldırılacaq
Baş nazir: Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna qarşı iddiasının heç bir perspektivi olmayacaq
Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı iddialar birləşdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













