Ermənistanda fırıldaqçılar 500 min dollardan çox pulu oğurlayıblar
Ermənistanın İstintaq Komitəsi vətəndaşlara 500 min dollardan artıq pulun oğurlandığı dələduzluq sxemi barədə xəbərdarlıq edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fırıldaqçılar neyroşəbəkələr vasitəsilə tanınmış şəxsiyyətlərin – siyasətçilərin və sahibkarların müxtəlif layihələrə investisiya yatırmağa və ya müxtəlif şirkətlərin, o cümlədən "Qazprom Ermənistan"QSC-nin səhmlərini almağa çağırdıqları reklamlar hazırlayıblar.
Fırıldaqçıların qurbanı əsasən texnologiyadan xəbəri olmayan və bank məlumatlarını verməyə razı olan insanlardır.
İstintaq Komitəsi vətəndaşları bu cür şübhəli layihələrə sərmayə qoymaqdan çəkinməyə və şəxsi məlumatlarını cinayətkarlara verməməyə çağırıb.
Oxşar xəbərlər
İrəvandakı iğtişaşlarla bağlı cinayət işi açıldı
Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb
BDYP-dən saxta endirilmlərlə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Bu saytlarla kommunal ödənişlər etməyin! - Xəbərdarlıq
Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













