Dağıstanda böyük yanğın baş verib
sizinxeber.az xəbər saytı

Dağıstanda böyük yanğın baş verib


Dağıstanın Kaspiysk şəhərinin mərkəzində böyük yanğın hadisəsi baş verib.

Bu barədə "Sizinxeber.az" yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, yanğın şəhərin yaşayış sektorunda yanacaqdoldurma stansiyasının yaxınlığındakı binada baş verib. İlkin məlumata əsasən, hadisə zamanı YDM-də avtomobilə qaz doldurulurdu.

Sosial şəbəkələrdə yayılan kadrlarda ərazidən güclü alov və qatı tüstünün qalxdığı görünür.

Fövqəladə hallar üzrə təcili xidmətlərin əməkdaşları hadisə yerindədir.

Oxşar xəbərlər

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb
Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
Naxçıvanda kafedə yanğın baş verib, sakinlər təxliyə olunub
Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər