Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üzrə missiyanın göndərilməsini təsdiqləyib
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistanda seçki proseslərinə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə də daxil olmaqla hibrid təhdidlərə qarşı mübarizədə İrəvana dəstək verəcək yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
Bu barədə "Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir.
Missiya yaxın aylarda fəaliyyətə başlayacaq. Onun mandatı iki il müddətinə nəzərdə tutulub, rəsmi adı isə Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasıdır (EUPM Armenia).
Ermənistan ötən ilin dekabrında missiyanın bərpa olunması xahişi ilə Aİ-yə müraciət etmişdi. Brüssel və İrəvanda aparılan müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri ötən həftə müvafiq qərarı yekdilliklə təsdiqləyiblər.
Oxşar xəbərlər
Aİ hibrid təhdidlərə qarşı mübarizə missiyasının Ermənistana göndəriləcəyini təsdiqləyib
Aİ səfirləri Ermənistanda müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyib - YENİLƏNİB
Komissiya sədri: Aİ-nin Ermənistanda yaratdığı iki missiya Azərbaycanın ərazi bütövlüyünə təhdid olub
Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin mandatının uzadılmasının tərəfdarıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
