Gürcüstanda 3 partiyanın bağlanması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək
Hakim "Gürcü Arzusu" partiyası Konstitusiya Məhkəməsinə 3 partiyanın bağlanması ilə bağlı müraciət edəcək.
"Report"un yerli bürosunun məlumatına görə, bundan əvvəl hakim partiya "Vahid Milli Hərəkat", "Dəyişiklik Koalisiyası və Lelo" partiyalarının bağlanması ilə bağlı müraciət etmişdisə, indi bu siyahıya "Federalistlər" partiyası da daxil ediləcək.
"Gürcü Arzusu" partiyası əvvəlki müraciəti yeniləyərək bir daha Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, bir sıra siyasi qüvvələr ümumi strateji məqsədlər ətrafında birləşib və onların fəaliyyətində konstitusiyaya zidd məqamlar mövcuddur. O bildirib ki, məhkəməyə müraciət zamanı partiyaların məqsədləri ilə yanaşı, onların siyasi təsir imkanları da nəzərə alınır.
Papuaşvili həmçinin qeyd edib ki, sözügedən siyasi alyansın liderləri sırasında Mixail Saakaşvili, Qiqa Bokeriya və Nika Qvaramiya yer alır.
Oxşar xəbərlər
Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək
Gürcüstan Prezidenti seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək
Şalva Papuaşvili: Gürcüstan Prezidenti xoş niyyət nümayiş etdirib istefa verməlidir
Gürcüstanda Saakaşvilinin partiyası seçkilərdə iştirak edə bilməyəcək
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
