KİV: Putinin xüsusi nümayəndəsi ABŞ-də Trampın nümayəndələri ilə görüşüb
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev hazırda ABŞ-də Donald Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirib.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Tərəflərin Rusiya ilə Ukrayna arasında potensial sülh müqaviləsini, eləcə də Rusiya-Amerika iqtisadi əməkdaşlığını müzakirə etdiyi bildirilir.
Agentlik qeyd edir ki, səfər Rusiya neft tədarükünün yumşaldılması tədbirlərinin başa çatması ərəfəsində baş tutub (11 apreldə bitir – red.). Məlumata görə, bu məsələ Moskva ilə Vaşinqton arasında danışıqların gündəliyinə daxil edilə bilər.
Xatırladaq ki, ABŞ İrana qarşı əməliyyat səbəbindən böhran yaşayan qlobal enerji bazarını sabitləşdirmək üçün digər ölkələrə sanksiya tətbiq edildiyi Rusiya neft məhsullarını 30 gün müddətinə almağa icazə verib.
Oxşar xəbərlər
KİV: Rusiya Prezidentinin xüsusi nümayəndəsi ABŞ-də Trampın nümayəndələri ilə görüşüb
Rusiya Prezidentinin xüsusi nümayəndəsi: ABŞ nümayəndə heyəti ilə görüşü davam etdirəcəyik
Rusiya və ABŞ prezidentlərinin xüsusi nümayəndələri Sankt-Peterburqda görüşüblər
Kirill Dmitriyev: Trampla Putinin görüşü bütün dünya üçün önəmlidir
Ağ Evdə ABŞ və Rusiya prezidentlərinin xüsusi nümayəndələrinin görüşü keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
