Rusiya və Hindistan sülhü qorumaq üçün qarşılıqlı olaraq qoşun göndərmək barədə razılığa gəliblər
Rusiya və Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə regionda sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur.
"Sizinxeber.az"un məlumatına görə, bu, cümə günü Rusiya Federasiyasının hüquqi aktlar portalında dərc olunmuş sənəddən irəli gəlir.
Müqavilədə qeyd edilir ki, tərəflər bir-birinin ərazisində 3 000-ə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər.
Müvafiq kontingent birgə təlimlər keçirmək, humanitar yardım göstərmək, təbii və texnogen fəlakətlərin fəsadlarının aradan qaldırılması və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qorumaq məqsədilə yerləşdirilə bilər.
Xatırladaq ki, sənəd 18 fevral 2025-ci ildə Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Hindistanın Rusiyadakı səfiri Vinay Kumar arasında keçirilən görüşdə imzalanıb. O zaman Rusiya Müdafiə Nazirliyi müqavilənin iki ölkənin hərbi idarələri arasında qarşılıqlı əlaqə prosedurlarının sadələşdirilməsinə yönəldiyini bildirmişdi.
Oxşar xəbərlər
Rusiya və Hindistan "sülhü qorumaq" üçün qarşılıqlı olaraq qoşun göndərmək barədə razılığa gəliblər
Rusiya və Hindistan Benqal körfəzində hərbi dəniz təlimləri keçirəcək
KİV: Rusiya Şimali Koreyanın Cənubi Koreya ilə müharibəsində kömək edəcək
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
Özbəkistan Rusiya ilə strateji tərəfdaşlıq proqramı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
