Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb
sizinxeber.az xəbər saytı

Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb


Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumatda bildirilib ki, xəstəxanada bütün müdaxilələrə baxmayaraq, məktəbə təşkil olunan hücumda yaralanan Yusuf Tarık Gülün həyatını xilas etmək mümkün olmayıb. Bununla da insident nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir.

Oxşar xəbərlər

"A Haber": Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub
Mustafa Çiftçi: Məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-5
Türkiyədə məktəbə silahlı hücum olub, 9 nəfər ölüb, 20 yaralı var - YENİLƏNİB-4
Türkiyədə məktəbə silahlı hücum olub, 4 nəfər ölüb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər