Rusiya XİN: Əraqçi İran-BŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Rusiya XİN: Əraqçi İran-BŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb


İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 13-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı ona aprelin 11-də Pakistanın paytaxtı İslamabadda keçirilmiş İran-ABŞ danışıqlarının detalları barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin məlumatında deyilir.

Məlumata görə, Moskva "diplomatik səylərin davam etdirilməsinə dair qorunub saxlanılan niyyəti" və regionda vəziyyətin uzunmüddətli sabitləşməsini təmin etməyə imkan verəcək həll yollarının axtarışını alqışlayıb.

Lavrov silahlı qarşıdurmanın yenidən başlamasının qarşısının alınmasının əhəmiyyətini vurğulayıb və güc yolu ilə həll edilə bilməyən böhranın nizamlanmasına Rusiya tərəfinin kömək etməyə hər zaman hazır olduğunu bir daha bəyan edib.

Xatırladaq ki, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında uzun sürən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.

Oxşar xəbərlər

Rusiya XİN: İran və ABŞ arasında atəşkəs Livana da şamil edilməlidir
Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
İranın XİN başçısı: ABŞ ilə danışıqlar səmərəli ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər