Türkiyə-Azərbaycan münasibətləri fərqli perspektivdə inkişaf edir – RƏY
sizinxeber.az xəbər saytı

Türkiyə-Azərbaycan münasibətləri fərqli perspektivdə inkişaf edir – RƏY


Türkiyə-Azərbaycan münasibətləri Türk Dövlətləri Təşkilatı (TDT) kontekstində daha fərqli perspektivdə ciddi şəkildə inkişaf edir.

Bunu "Sizinxeber.az"un Türkiyə bürosuna açıqlamasında Ankara Sosial Elmlər Universitetinin (ASEU) müəllimi Muhittin Ataman deyib.

Onun sözlərinə görə, TDT regional inteqrasiya layihəsi kimi türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni baxımdan inteqrasiyanı təmin edir:

"Türk dövlətləri arasında bərabərhüquqlu əməkdaşlığın qurulması prosesində Azərbaycan mühüm rol oynayaraq hər zaman ön plana çıxır. Zəngəzur dəhlizi açıldıqda isə bu planda qarşıya qoyulan məqsədlərə daha rahatlıqla nail olmaq mümkündür".

Ekspert xatırladıb ki, hazırda türk dövlətlərinin onlarla müxtəlif platformalarda birgə əməkdaşlığı mövcuddur:

"Bu istiqamətlərdən bəlkə də ən önəmlisi mədəniyyət siyasətidir. Qeyd olunan çərçivədə ən çox institusionallaşan qurumun TÜRKSOY olduğunu da qeyd edə bilərik. Bu baxımdan, mədəni dəyərlər üzrə əməkdaşlıq ən effektiv və nümunəvi sahədir. Dövlətlərin prioritetləri zaman-zaman dəyişə bilər, amma mədəniyyət və dil dəyişmir. Digər tərəfdən, burada söhbət sadəcə, mədəniyyətdən deyil, ortaq əlifbanın qəbulundan da gedir. Etiraf edək ki, bütün bunlar çox vacib məsələlərdir".

M.Ataman TDT-nin önəmli platformaları sırasında mədəniyyət sahəsindən sonra iqtisadiyyatı gördüyünü vurğulayıb: "İqtisadiyyat, maliyyə sahələrində əməkdaşlıq, birgə investisiya və infrastruktur layihələrinin icrası da vacibdir".

Oxşar xəbərlər

Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq
KOBİA: Türk dövlətlərinin ticari-iqtisadi əlaqələrini daha da gücləndirmək mümkündür
Səfir: TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir
Kürşat Zorlu: Azərbaycan həm Türk dünyasında, həm də islam aləmində lokomotiv rolunu oynayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər