Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir
sizinxeber.az xəbər saytı

Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, TRIPP ("Trampın Marşrutu") layihəsinin tikinti mərhələsində İrəvana tərəfdaş qismində üçüncü ölkənin köməyi lazım olacaq.

"Sizinxeber.az" erməni KİV-lərinə istinadən xəbər verir ki, o bunu Estoniya XİN başçısı Marqus Sahkna ilə birgə mətbuat konfransında bəyan edib.

"Biz ümid edirik ki, mümkün qədər tez növbəti mərhələyə - tikintiyə keçəcəyik. Məhz burada bizə üçüncü tərəfdaşlar lazım olacaq. Əlbəttə, müqavilə ikitərəfli olacaq – Ermənistan – ABŞ, lakin tərəfdaşlar bizə həm tikinti mərhələsində, həm də, çox güman ki, sistemlərin idarə olunması mərhələsində lazım olacaq", - Mirzoyan vurğulayıb.

Nazir əlavə edib ki, layihə üzərində iş intensiv rejimdə davam edir və iş sənədlərinin və hökumətlərarası sazişin razılaşdırılması mərhələsindədir.

Onun sözlərinə görə, heç kəs üçün sirr deyil ki, TRIPP ikitərəfli layihə olsa da, o, Çindən başlayaraq Portuqaliyaya qədər bir çox ölkələrin maraqları ilə şərtlənib.

"Onun bir ucu Azərbaycanla, digəri isə Naxçıvanla həmsərhəd olmalıdır, lakin məntiqi davamı Ermənistanın Türkiyəyə və Mərkəzi Asiya ölkələrinə dəmir yolu şəbəkəsidir", - o bəyan edib.

XİN başçısının sözlərinə görə, layihəyə Yaxın Şərq dövlətləri də maraq göstərir.

Oxşar xəbərlər

Ararat Mirzoyan COP29-a dəvət alıb
Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər