Mahşəhr neft-kimya zonası hücuma məruz qalıb
sizinxeber.az xəbər saytı

Mahşəhr neft-kimya zonası hücuma məruz qalıb


İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonası hücuma məruz qalıb.

"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Mahşəhr Neft-Kimya Xüsusi İqtisadi Zona Təşkilatı məlumat yayıb.

"Mahşəhr limanındakı xüsusi neft-kimya zonasındakı "Əmir Kəbir Neft-Kimya Şirkətinin vahidlərindən biri ABŞ-İsrail hücumuna məruz qalıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, hava zərbəsi nəticəsində yanğın qeydə alınıb: "İndiyədək işçilərin xəsarət alması ilə bağlı heç bir məlumat daxil olmayıb".

Qeyd edək ki, aprelin 4-də ABŞ və İsrailin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirməsi nəticəsində 5 nəfər ölüb, 170 işçi yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

Oxşar xəbərlər

SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb
İranda neft-kimya zavodunun rəhbər vəzifəli şəxsləri həbs olunub
Tramp: İrandan neft alan ölkə dərhal sanksiyalara məruz qalacaq
İranın Yəzd şəhərindəki hərbi obyektlərə zərbələr endirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər