İranın Yəzd şəhərindəki hərbi obyektlərə zərbələr endirilib
sizinxeber.az xəbər saytı

İranın Yəzd şəhərindəki hərbi obyektlərə zərbələr endirilib


İranın mərkəzi hissəsində yerləşən Yəzd şəhərində bir neçə raket buraxılış qurğusu zərbələrə məruz qalıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyasından (IRIB) bildirilib.

Bundan başqa, ölkənin mərkəzi hissəsindəki digər yaşayış məntəqələrində - İsfahan və Fereydunşəhrdə güclü partlayışlar barədə məlumatlar daxil olur. İranın qərbində isə Həmədan şəhəri zərbəyə məruz qalıb.

Hazırda zərbələr nəticəsində infrastrukturun mümkün dağıntıları və ya əhali arasında tələfat barədə məlumat daxil olmayıb.

Bununla yanaşı, "Al Hadath" telekanalı İranın paytaxtı Tehranın qərb, şərq və cənub-şərq hissələrində çoxsaylı partlayışlar barədə xəbər verib. Konkret hansı obyektlərin hücuma məruz qaldığı, eləcə də dəyən ziyan və hücum nəticəsində mümkün zərərçəkənlər barədə məlumat yoxdur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

İsrail İranın qərbində raket və pilotsuz təyyarələrin saxlandığı yerlərə zərbələr endirib
İsrail İranın Müdafiə Nazirliyinin qərargahına zərbə endirib
İsrail əməliyyat başlayandan bəri ilk dəfə İranın şimalına zərbə endirib
İran Qızıl Aypara Cəmiyyəti: İsrail HHQ 60 məkana zərbələr endirib
İsrail HHQ İranın F5 qırıcılarını vurub, onlarla hərbi obyektinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər