Ərdoğan: Türkiyənin qanadlı və ballistik raket potensialı güclənəcək
Türkiyənin hava hücumundan müdafiə sistemi (HHM) güclənəcək, qanadlı və ballistik raket potensialı artacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ROKETSAN tərəfindən Silahlı Qüvvələrə təhvil verilən raket sistemləri ilə əlaqədar "X" sosial şəbəkə hesabında yazıb.
"Bu investisiyalar HHM sistemimizi gücləndirəcək, strateji gücümüzü artıracaq", - Türkiyə Prezidenti yazıb və əlavə edib ki, qanadlı və ballistik raket potensialı da artacaq:
"Dəmir Qübbə"nin atəş gücünü təşkil edən bu sistemlərin daha yüksək istehsal tempinə çatması ilə HHM sistemlərinin istehsalı daha da möhkəmləndiriləcək".
Onun sözlərinə görə, Türkiyənin kritik HHM sistemləri, strateji raket layihələri və ağıllı sursat təchizatı üçün qurulan bu yeni infrastruktur ordunu gücləndirəcək.
Qeyd edək ki, aprelin 7-də Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN tərəfindən ölkənin Silahlı Qüvvələrinə təhvil verilən raket sistemlərinin siyahısı açıqlanıb.
Bu yatırımlarla katmanlı hava savunma sistemimizi güçlendirecek…
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 7, 2026
Stratejik gücümüzü artıracak…
Seyir ve balistik füze kabiliyetlerimizi perçinleyecek…
Akıllı mühimmat ailemize, seri üretim hızımıza ve AR-GE kapasitemize çok önemli katkılar yapacağız.
Çelik Kubbe’nin vurucu… https://t.co/rstxvil3Q4
Oxşar xəbərlər
ROKETSAN Türkiyə Silahlı Qüvvələrinə 20 ədəd raket sistemi təhvil verib
BƏƏ-nin HHM sistemləri bu gün 7 ballistik raket və 16 PUA-nı ələ keçirib
Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir
İran İsrailə azı 200 ballistik raket atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
