İran XİN ABŞ və İsraillə müharibədə atəşkəs variantının nəzərdən keçirilmədiyini açıqlayıb
Tehran silahlı qarşıdurmanın yalnız ədalət əsasında başa çatmasına çalışır, bununla belə müvəqqəti atəşkəs variantı nəzərdən keçirilmir.
"Sizinxeber.az" "SNN" telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə bildirib.
"Barışıq barədə heç kim danışmır", - deyə o qeyd edib. Xarici siyasət idarəsi rəhbərinin müavininin sözlərinə görə, İran İsrail və ABŞ ilə münaqişənin başa çatma şərtlərini özü müəyyən edəcək.
"Qələbə rıçaqları İran İslam Respublikasının əlindədir. Bu müharibənin son nöqtəsini İslam Respublikası müəyyən edəcək", - o bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Makron Pezeşkianla telefon danışığının detallarını açıqlayıb
İranda ABŞ və İsrailin hücumları nəticəsində yaralananların sayı 20 mini keçib
Əraqçi: İran lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır
İran Təl-Əvivə hücum zamanı yeni ballistik raketlərdən istifadə edib
Səudiyyə Ərəbistanının şərqində daha 30 İran dronu zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
