Türkiyədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
sizinxeber.az xəbər saytı

Türkiyədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var


Türkiyənin Kayseri şəhərində avtobus qəzası nəticəsində bir nəfər ölüb, 13 nəfər isə yaralanıb.

"Report" TRT-yə istinadən xəbər verir ki, hadisə Kayseri-Niğde avtomobil yolunda qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus iki yolun ortasındakı betona və ağaclara çırpılaraq 200 metr sürüklənib.

Hadisə yerinə çox sayda polis, jandarm, xilasedici və təcili yardım maşınları cəlb olunub.

Qəzada bir nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 nəfər isə xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, Hataydan Giresuna gedən avtobusda 44 nəfər olub.

Oxşar xəbərlər

Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 20 nəfər yaralanıb
Türkiyədə müəllimləri daşıyan avtobus aşıb, 10 nəfər yaralanıb
Türkiyədə avtobus aşıb, 4 nəfər ölüb, xeyli yaralı var
Türkiyədə avtobus aşıb, iki nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə avtobus aşıb, dörd nəfər ölüb, 24 yaralı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər