Alyaskada Rusiya-ABŞ-Ukrayna sammitinin keçirilməsi müzakirə olunmayıb
sizinxeber.az xəbər saytı

Alyaskada Rusiya-ABŞ-Ukrayna sammitinin keçirilməsi müzakirə olunmayıb


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada aparılan danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammitin təşkili və keçirilməsi mövzusu müzakirə olunmayıb.

“Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, dünən Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitinə yekun vurulduqdan sonra iki liderin yeni ikitərəfli görüşünün təşkili ilə bağlı qərar qəbul ediləcək.

"ABŞ Prezidenti həmkarları ilə əlaqə saxlayacağını və indiki danışıqların nəticələrini onlarla müzakirə edəcəyini söyləyib. Bundan sonra nə edəcəyimizə qərar verəcəyik", - Y.Uşakov qeyd edib.

Oxşar xəbərlər

Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır
Moskva Putin və Trampın növbəti görüşünün Rusiyada keçiriləcəyini gözləyir
Yuri Uşakov: Putin və Tramp Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ukrayna Prezidenti Alyaska görüşündən sonra Trampa zəng etməyi planlaşdırır
Uşakov: Yaxın günlərdə Putin və Trampın görüşü baş tutacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər