AKP sədrinin müavini: Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq
Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq, işlər davam edir.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu partiyasının Ədirnə şəhərində keçirilən toplantısında deyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatını (TDT) gələcəkdə regional sülh və əmin-amanlığı təmin edəcək mühüm regional ittifaqa çevirəcək Zəngəzur dəhlizinin açılması üçün müvafiq addımlar atılır: "Dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa keçidi təmin edəcək. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan -red.) bu mövzu ilə bağlı güclü iradəsi var və Azərbaycanla Türkiyə arasında bu mövzuda ciddi müzakirələr aparılır".
Siyasətçi Zəngəzur dəhlizinin təkcə Türkiyə və Azərbaycan yox, bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Çin sərhədindən çıxan konteyner bu marşrutla, Türkiyə vasitəsilə Avropaya çatacaq".
Oxşar xəbərlər
AKP rəsmisi: Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz türk dünyası üçün tarixi prosesdir
Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm
Abdulkadir Uraloğlu: "Zəngəzur dəhlizi ilə Azərbaycanla güclü infrastruktur əlaqəmiz yaranacaq”
Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik
Alparslan Bayraktar: "Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır" - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













