Məhkəmə “Crocus” terroru ilə bağlı saxlanılan şəxsin mənzilinə və avtomobilinə həbs qoyub
sizinxeber.az xəbər saytı

Məhkəmə “Crocus” terroru ilə bağlı saxlanılan şəxsin mənzilinə və avtomobilinə həbs qoyub


Rusiyada Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalında törədilən terror aktında iştirakda təqsirləndirilən Əlişir Qasımovun əmlakına həbs qoyub.

“Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə işin materiallarında deyilir.

“Təqsirləndirilən Ə.Q-nın əmlakına həbs qoyulub. Bu, Krasnoqorsk şəhər rayonunda kadastr dəyəri 7,7 milyon rubldan çox olan bir mənzil, həmçinin dəyəri 1,8 milyon rubl olan “Mitsubishi Carisma” avtomobilidir. Məhkəmə bu əmlaka sərəncam verilməsini və onunla əməliyyatların aparılmasını qadağan edib”, - iş materiallarında deyilib.

Materiallarda göstərilib ki, həbs mülki iddianın təmin edilməsi və əmlakın mümkün müsadirəsi üçün qoyulub.

Oxşar xəbərlər

“Crocus”da terror törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddəti uzadılıb
“Crocus City Hall”da törədilən terror aktında əli olduğu ehtimal edilən iki nəfər həbs edilib
“Crocus City Hall”dakı terror aktı ilə bağlı bəzi təfərrüatlar məlum olub
Türkiyədə "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib
ABŞ-də “Crocus City Hall”da terror aktının mümkün təşkilatçısı saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər