ABŞ-də “Crocus City Hall”da terror aktının mümkün təşkilatçısı saxlanılıb
- 7-03-2025, 20:30
- DÜNYA / Digər ölkələr
- 0
- 795
ABŞ Ədliyyə Nazirliyi 2022-ci il martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında terror aktı planlaşdırmaqda şübhəli bilinən Məhəmməd Şərifullanın saxlanıldığını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin press-relizində deyilir.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, İŞİD üzvü olan Şərifulla potensial terrorçulara avtomat silahlardan istifadə ilə bağlı təlimat verdiyini etiraf edib. O, həmçinin Rusiyada saxlanılanlar arasında təlimat verdiklərinin olduğunu da vurğulayıb.
Qeyd olunur ki, Şərifulla Əfqanıstanda ABŞ hərbçilərinə qarşı hərbi əməliyyatlarda iştirakda və ABŞ hərbçilərinə hücumda ittiham olunur.
Xatırladaq ki, 3 il əvvəl dörd silahlı terrorçu “Piknik” qrupunun konsertinə gələnləri öldürmək üçün atəş açıb, daha sonra zalı yandırıb. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.
“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib ki, terror aktı nəticəsində şirkətə dəymiş təxmini ziyan 150-200 milyon dollar təşkil edib.


width="220" alt="“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb" />
width="220" alt="“Crocus City Hall”da DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />