Medinski: Rusiya və Ukrayna memorandumların müzakirəsi üçün təmasları davam etdirəcək
İstanbulda keçirilən danışıqların üçüncü raundu çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətləri memorandumları uzun müddət müzakirə ediblər, tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.
"Rusiya qeyd edib ki, sazişlərin 101 bəndi tam yerinə yetirilməyib. Tərəflərin memorandumlardakı mövqeləri bir-birindən kifayət qədər uzaqdır", - o qeyd edib.
Medinskinin sözlərinə görə, Ukrayna ilə danışıqların əvvəlki raundunda humanitar məsələlər üzrə bütün razılaşmalar yerinə yetirilib. Tərəflər memorandumları müzakirə etmək üçün təmasları davam etdirəcəklər.
Oxşar xəbərlər
Medinski: Rusiya və Ukrayna prezidentlərinin görüşü üçün razılaşmanın şərtlərini hazırlamaq lazımdır
Rusiya Prezidentinin köməkçisi: Ukrayna üç işçi qrupu üzrə təklifi nəzərdən keçirməyə söz verib
Medinski: Ukrayna ilə hərbi əməliyyatlar nəticəsində köçkün düşənlərin geri qaytarılması müzakirə olunub
Medinski: Rusiya Ukrayna ilə münaqişənin səbəblərini aradan qaldırmaq istəyir
Medinski: Rusiya və Ukrayna arasında qarşılıqlı 250 hərbi əsir mübadiləsi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









