Rusiya və İran Xəzərdə birgə hərbi təlimə başlayır
Bu gün Rusiya və İran hərbi dəniz qüvvələri "Xəzər dənizi-2025" (CASAREX 2025) kod adlı birgə dəniz xilasetmə təlimlərinə başlayacaq.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.
Məlumata görə, bu məqsədlə Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisi İran Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən (CASAREX-2025) birgə xilasetmə və dəniz təhlükəsizliyi təlimlərinin ümumi zonasına daxil olub.
Bildirilib ki, Rusiyanın “SB738” gəmisini İranın Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılayıb.
İnformasiyaya əsasən, təlimlər iyulun 21-də Xəzər dənizində başlayacaq və üç gün davam edəcək.
Hərbi tədbir İran HDQ-nin şimal donanmasının bazasında "Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə" devizi altında keçirilir.
Təlimlərə İran HDQ, İslam İnqilabı Keşikçiləri Qvardiyası (Sepah), İran hüquq-mühafizə orqanları komandanlığı və Rusiya HDQ-nin hərbi qulluqçuları, həmçinin bir sıra Xəzəryanı dövlətlərdən müşahidəçilər qatılacaq.
Xilasetmə təlimlərinin məqsədi dənizdə təhlükəsizlik səviyyəsinin artırılması və Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi olacaq.
Oxşar xəbərlər
İran və Rusiya Xəzər dənizdə təlim keçirəcək
Sabahdan İran və Rusiya Xəzərdə birgə hərbi təlimə başlayacaq
Çin, Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək
İran Hind okeanı hövzəsinə daxil ölkələrin iştirakı ilə birgə təlim keçirəcək
Rusiya, İran və Çin şərti gəminin azad olunmasını təlimini keçiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













