Ermənistanda konyak zavodunun vergidən yayınması faktı üzrə cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

Ermənistanda konyak zavodunun vergidən yayınması faktı üzrə cinayət işi açılıb


Ermənistan İstintaq Komitəsi "Proşyan" konyak zavodunun xüsusilə iri məbləğdə vergidən yayınması faktı üzrə cinayət işi açıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i quruma istinadən məlumat yayıb.

Müəssisənin iki əməkdaşına ittiham irəli sürülüb. Onlardan birinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bəzi məlumatlara görə, şirkətin baş mühasibi də məsuliyyətə cəlb olunub.

Cinayət işi haqqında məlumat Rusiyada saxta erməni konyaklarının payının 85 %-ə qədər artması barədə xəbərlər fonunda ortaya çıxıb.

Oxşar xəbərlər

Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər