AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik
sizinxeber.az xəbər saytı

AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Aİ onun tezliklə imzalanacağına ümid edir.

“Report”un Avropa Bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

“Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanacaq”, - fon der Lyayen deyib.

AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında münasibətlər həmişəkindən daha sıxdır. Tərəflərin iddialı tərəfdaşlıq gündəliyi var.

“Bizim davamlılıq və inkişaf planımız var, bu planda Ermənistana 270 milyon avro vəsaitin verilməsi nəzərdə tutulur”, - o qeyd edib.

Oxşar xəbərlər

Estoniya Baş naziri: Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Alen Berse: Avropa Şurası Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
BƏƏ prezidenti Paşinyanla görüşüb
Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək
AK sədri: Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasını səbirsizliklə gözləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər