Polşa Kalininqraddakı baş konsulluğun bağlanmasına adekvat cavab verəcəyini vəd edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Polşa Kalininqraddakı baş konsulluğun bağlanmasına adekvat cavab verəcəyini vəd edib - YENİLƏNİB


Polşa Rusiyanın hərəkətlərinə adekvat reaksiya verəcək.

“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Polşa XİN-in mətbuat katibi Pavel Vronski Rusiya XİN-in Kalininqraddakı Polşa baş konsulluğunu bağlamaq qərarı ilə bağlı jurnalistlərə bildirib.

"Rusiya XİN-in bu qərarı yaxşı hesablanmışdı, lakin əsassız idi. Polşa XİN Rusiya Federasiyasının hərəkətlərinə adekvat reaksiya verəcək", - deyə Vronski TVP Info telekanalının yayımladığı brifinqdə bildirib.

Diplomat Varşavanın hansı cavab tədbirləri görəcəyini dəqiqləşdirməyib. O, həmçinin polyakları Rusiyaya turist səfərləri etməməyə çağırıb.

Bundan əlavə, Vronski bildirdi ki, Rusiya XİN-in notasına əsasən, Kalininqraddakı baş konsulluğun bağlanması ilə əlaqədar bir polyak diplomat Rusiyanı tərk etməlidir.

16:18

Rusiya cavab tədbiri olaraq Kalininqraddakı Polşa konsulluğunu bağlayır.

"Report"un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Bu addım Polşa tərəfinin əsassız və düşmənçilik hərəkətləri ilə bağlıdır", - məlumatda qeyd olunub.

Nazirlikdə ölkənin müvəqqəti işlər vəkilinə Polşa Baş konsulluğunun fəaliyyətinin dayandırılması barədə nota təqdim edilib.

Notada qeyd olunub ki, Polşa hökumətinin 2025-ci il iyunun 30-dan Rusiyanın Krakovdakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığını geri çəkməsinə cavab tədbiri olaraq Rusiya tərəfi bu il avqustun 29-dan Polşanın Kalininqraddakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığını geri çəkir.

Oxşar xəbərlər

Rusiya XİN: Cavab tədbiri olaraq Kalininqraddakı Polşa konsulluğu bağlanacaq
Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır
Polşa Rusiyadan Krakovdakı Baş konsulluğunu iyunun 30-dək bağlamağı tələb edib - YENİLƏNİB-2
Rusiyanın Krakovdakı Baş Konsulluğu 30 gün ərzində bağlana bilər - YENİLƏNİB
Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayır - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle