Rusiyanın Krakovdakı Baş Konsulluğu 30 gün ərzində bağlana bilər - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
14:00

Rusiyanın Krakovdakı Baş Konsulluğu 30 gün ərzində bağlana bilər - YENİLƏNİB

12 may, 2025
14:00
529

Rusiyanın Krakovdakı Baş Konsulluğu 30 gün ərzində bağlana bilər - YENİLƏNİB

Rusiyanın Krakovdakı Baş Konsulluğu 30 gün ərzində bağlana bilər.

“Sizinxeber.az” TASS-a xəbər verir ki, bu barədə Polşa XİN-dən bildirilib.

Polşa XİN-in mətbuat katibi Pavel Vronski qeyd edib ki, Varşavanın Rusiyanın baş konsulluğunu bağlamaq qərarı ilə əlaqədar Rusiyanın bu ölkədəki səfiri Sergey Andreyev Polşa XİN-ə dəvət ediləcək.

11:16

Polşa Krakovdakı Rusiya baş konsulluğunun bağlanması barədə qərar qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Polşa XİN məlumat yayıb.

Polşa xarici işlər naziri Radoslav Sikorski bu qərarı "Rusiya xüsusi xidmət orqanlarının Marıvilska küçəsindəki ticarət mərkəzinə qarşı təxribat aktı törətdiyinə dair" sübutların mövcudluğu ilə izah edib.

Qeyd edək ki, Varşavada ticarət mərkəzində böyük yanğın baş verib. Mərkəzdə təxminən 1 400 mağaza və xidmət nöqtəsi yerləşirdi.

"Biz artıq dəqiq bilirik ki, Marıvilska küçəsindəki böyük yanğın Rusiya xidmətləri tərəfindən sifariş edilmiş yanğın törətmə nəticəsində baş verib. Əməliyyatı Rusiyada olan bir şəxs əlaqələndirib. Təqsirlilərin bir hissəsi artıq saxlanılıb, digərləri müəyyən edilib və axtarışdadır. Biz hamısını tapacağıq", - Polşa Baş naziri Donald Tusk bazar günü axşam bildirib.

Bizimlə əlaqə saxlayın