Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayır - YENİLƏNİB


Rusiya Varşavanın Krakovdakı Baş Konsulluğunun bağlanması ilə bağlı qeyri-adekvat addımlarına cavab verəcək.

APA-nın Moskva bürosu xəbər verir ki ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Varşava vətəndaşların maraqlarına zidd hərəkət edərək Moskva ilə münasibətləri qəsdən pozmaqda davam edir. "Bu qeyri-adekvat addımlara adekvat cavab tezliklə veriləcək",- Zaxarova Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanmasını şərh edərkən deyib.

Qeyd edək ki, Polşa XİN başçısı Radoslav Sikorski Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması haqqında qərar verdiklərini açıqlayıb.

***

11:15

Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

O, Rusiya Federasoyasının Polşanın Krakov şəhərindəki Baş Konsulluğunun bağlanması qərarını açıqlayıb.

"Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib", - Polşa XİN başçısı bildirib.

Oxşar xəbərlər

Polşa Krakovdakı Rusiya baş konsulluğunu bağlayacaq
Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Zaxarova: Rusiya Poznandakı Baş Konsulluğunun bağlanması ilə bağlı düşmən addıma mütləq cavab verəcək
Polşa Rusiyanın ölkədəki Baş konsulluğunu bağlamaq qərarına gəlib
Polşa XİN Rusiyanın Poznandakı Konsulluğunun bağlanmasını şərh edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər