Ermənistanda müxalifətçi deputat iki aylıq həbs edilib
sizinxeber.az xəbər saytı

Ermənistanda müxalifətçi deputat iki aylıq həbs edilib


Ermənistan parlamentinin müxalif “Ermənistan” (Hayastan) fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

“Məhkəmə Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib”, - o bildirib.

Xatırladaq ki, ötən gün ölkə parlamenti tərəfindən deputat toxunulmazlığından məhrum edilən deputat Artur Sarkisyan saxlanılması üçün könüllü olaraq İstintaq Komitəsinə gedib.

Oxşar xəbərlər

Ermənistanda müxalif deputat həbs olunub
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Ermənistanda daha bir müxalif deputatın toxunulmazlığı ləğv edilib
Ermənistan parlamenti sabiq müdafiə nazirini toxunulmazlıqdan məhrum edib
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər