Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
sizinxeber.az xəbər saytı

Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib


Ermənistanda "Kamk" təşəbbüsünün lideri Vaaqn Çaxalyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

"Sizinxeber.az" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun oğlu Ruben Çaxalyan sosial şəbəkələrdə məlumat verib.

Bildirilib ki, qərarı hakim Nelli Bağdasaryan qəbul edib. V.Çaxalyan "Nubaraşen" cəzaçəkmə müəssisəsinə köçürülüb.

Onun adı "Müqəddəs mübarizə" hərəkatı ilə bağlı işdə keçir ki, bu çərçivədə iyunun 26-da terror aktı hazırlamaqda və hakimiyyəti qəsb etməkdə ittiham olunan 16 nəfər həbs edilib.

Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı iyunun 25-də genişmiqyaslı axtarışlar və saxlanılmalardan sonra həbs edilib.

Oxşar xəbərlər

Ermənistanda hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı 15 nəfər həbs edilib
Ermənistanda terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər