Paşinyan: Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək
ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək.
"Report" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə ölkə Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda deyilir.
"Münaqişələrin dayandırılması və dünyada sülhün qurulması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, sizin rəhbərliyiniz altında ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək", - məktubda qeyd olunub.
N.Paşinyan vurğulayıb ki, Ermənistan "hökumətin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də regional infrastrukturun açılmasına əsaslanan sülh gündəliyinə dəyişməz sadiqliyini" təsdiqləyir.
O qeyd edib ki, İrəvan ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir.
Oxşar xəbərlər
Paşinyan: Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq
Paşinyan: Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb
Paşinyan: “İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək”
TDT: Azərbaycanın tərəfdaşlıq və inteqrasiyaya töhfəsi regionda sülh üçün mühüm rol oynayıb
Türkiyənin vitse-prezidenti: Ümid edirəm ki, Milli Məclisə keçirilən seçkilər regionda sülh və sabitliyə töhfə verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












