İran Prezidentinin Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
sizinxeber.az xəbər saytı

İran Prezidentinin Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər


İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər.

“Sizinxeber.az” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.

Onun sözlərinə görə, hazırda prezidentin Ermənistana səfərinin təşkili istiqamətində iş aparılır.

"Mən hazırkı gərgin vəziyyətdə belə səfərə hazırlığı müzakirə etmək üçün XİN və səlahiyyətli qurumların nümayəndələri ilə görüşdüm. Biz bu səfər zamanı imzalana biləcək sənədlərin siyahısını mübadilə etdik. Həmçinin prezidentin səfəri zamanı planlaşdırılan bütün proqramları müzakirə edirik. Mümkün olduğu təqdirdə səfər yayda təşkil olunacaq. Müharibənin olub-olmayacağından asılı olmayaraq, həyat davam edir", - diplomat əlavə edib.

Oxşar xəbərlər

Mirzoyan: İran Prezidentinin İrəvana səfəri gözlənilir
İran Azərbaycana səfir təyin edəcək
İran Prezidentinin Türkiyəyə səfər tarixi açıqlanıb - YENİLƏNİB
Pezeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir
Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər