Əraqçi: İsrailin zərbələri İranın nüvə proqramı üzrə mümkün razılaşmanı pozub
sizinxeber.az xəbər saytı

Əraqçi: İsrailin zərbələri İranın nüvə proqramı üzrə mümkün razılaşmanı pozub


İran xarici işlər naziri (XİN) Abbas Əraqçi hesab edir ki, İsrailin zərbələri Tehranın nüvə proqramı üzrə mümkün razılaşmanı pozub.

"Report" “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu İran XİN başçısı Cenevrədə BMT Şurasında çıxışı zamanı bildirib.

"Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bütün gücümüzlə qorumağa qərarlıyıq. Biz iyunun 15-də amerikalılarla nüvə proqramımızla bağlı razılaşma hazırlamaq üçün görüşməli idik. İsrailin hücumu isə diplomatiyaya xəyanət oldu", - o qeyd edib.

A.Əraqçinin sözlərinə görə, İsrailin İrandakı nüvə obyektlərinə zərbələri ağır hərbi cinayətlərdir.

Qeyd edək ki, Cenevrədə A.Əraqçinin Böyük Britaniya, Fransa və Almaniyadan olan həmkarları ilə görüşü planlaşdırılır.

Oxşar xəbərlər

Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır
Oman XİN: İsrailin İrana hücumu Tehranın nüvə proqramı üzrə danışıqlara mane olur
Kaya Kallas və Abbas Əraqçi İsrail-İran qarşıdurmasını müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər