Pezeşkian Arakçını istefaya göndərir - Səbəb
sizinxeber.az xəbər saytı

Pezeşkian Arakçını istefaya göndərir - Səbəb


İranda yüksək səviyyədə siyasi böhran yaşandığı iddia olunur.

Sizinxeber.Az Musavat.com-a istinadla xəbər verir ki, ölkə prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibaf xarici işlər naziri Abbas Arakçının istefasını tələb edir.

İddialara əsasən, Arakçı ABŞ-la aparılan danışıqlarda siyasi rəhbərliyə tam məlumat vermədən hərəkət edib və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əhməd Vahidinin təlimatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Mənbələrin bildirdiyinə görə, son iki həftə ərzində xarici işlər naziri prezidentə məlumat vermədən addımlar atıb. Bu vəziyyətin Məsud Pezeşkianı ciddi şəkildə narazı saldığı qeyd olunur.

İddialara görə, prezident yaxın çevrəsinə bildirib ki, bu cür hallar davam edərsə, Abbas Arakçı vəzifəsindən uzaqlaşdırıla bilər.

Məsələ ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib. Hadisə ölkə daxilində siyasi balans və qərarvermə mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Oxşar xəbərlər

İran Prezidenti Ermənistana səfər edəcək
İran XİN başçısı: Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialara münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər