Hizbullahın yeni mübarizə üsulu: İsrail bacarmır!
sizinxeber.az xəbər saytı

Hizbullahın yeni mübarizə üsulu: İsrail bacarmır!


İsraillə sərhəddə son gərginlik zamanı Hizbullah yeni nəsil dronlardan - elektron sistemlərlə mübarizə aparılması mümkün olmayan fiber-optik idarə olunan vasitələrdən istifadə etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press”in məlumatında deyilir.

Bildirilib ki, bu dronlar artıq İsrailin şimalı və Livanın cənubundakı hücumlarda istifadə olunub. Zərbə nəticəsində bir İsrail əsgəri həlak olub, bir neçə nəfər yaralanıb.

Bu dronların əsas xüsusiyyəti onların idarəetmə metodudur. GPS və ya radiosiqnallara əsaslanan ənənəvi sistemlərdən fərqli olaraq, onlar uçuş zamanı açılan nazik kabel vasitəsilə operatora qoşulur. Bu, onları maneələrə qarşı praktik olaraq toxunulmaz edir. Siqnallarla maneə yaradan və dronları yanlış istiqamətə yönləndirə bilən ənənəvi elektron müharibə sistemləri onlara qarşı təsirsizdir.

Oxşar xəbərlər

İsrail Livanın cənubunu vurdu: ölənlər və yaralılar var
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın istifadə etdiyi binaya zərbə endirib
İsrail Livanın cənubundakı “Hizbullah” hədəflərinə yeni hava zərbələri endirib
“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
İsrail Livanın cənubuna bir sıra zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər