İsrail Livanın cənubunu vurdu: ölənlər və yaralılar var
sizinxeber.az xəbər saytı

İsrail Livanın cənubunu vurdu: ölənlər və yaralılar var


2026.04.25 - 21:27

İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı növbəti zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr “Radvan” xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi obyektləri, eləcə də Livanın cənubundakı bir neçə silah anbarını hədəfə alıb.

***

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Safed əl-Battik kəndinə hücum edib.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, hücum nəticəsində 2 mülki şəxs həlak olub, 17 nəfər isə yaralanıb.

Hazırda xilasedicilər dağıntıları təmizləyirlər, ölənlərin sayının artacağı istisna edilmir.

Oxşar xəbərlər

İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib
İsrail Livanın cənubundakı “Hizbullah” hədəflərinə yeni hava zərbələri endirib
İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib
İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər