Rusiya kütləvi hücuma keçdi, Britaniya qırıcılarını qaldırdı
sizinxeber.az xəbər saytı

Rusiya kütləvi hücuma keçdi, Britaniya qırıcılarını qaldırdı


Aprelin 25-də Rumıniyada Britaniyaya məxsus "Tayfun" (Eurofighter Typhoon) qırıcıları havaya qaldırılıb. Bu, Rusiyanın Ukraynaya qarşı kütləvi hava hücumu zamanı, rus pilotsuz uçuş aparatlarının Rumıniya sərhədinə yaxınlaşdığı vaxt baş verib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bildirilir ki, Britaniya təyyarələri Rumıniyanın hava məkanında uçuşlar həyata keçirib. Pilotlara rus PUA-larına qarşı silah tətbiq etməyə icazə verilib. Lakin dronlar Rumıniya sərhədini keçmədiyi üçün pilotlar atəş açmayıblar.

Nəşr qeyd edir ki, Rumıniya ərazisində rus dronlarının qalıqları aşkarlanıb. Onlar Vakareni şəhərində bir fermaya düşüb:

“Təyyarələr dronları Ukraynanın Rumıniya sərhədindən 1,5 kilometr məsafədə yerləşən Reni liman şəhəri üzərindən uçarkən izləyirdi. Hakimiyyət yaxınlıqda yaşayan əhalinin təxliyə edildiyini və təhlükəli materialların nəzarətli şəkildə məhv edildiyini bildirib”.

Oxşar xəbərlər

Rumıniyada PUA qalıqları evi və elektrik xəttini zədələyib
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər