Xamenei dağıntılardan çıxarılanda zikr edirdi - Vilayətmədar
Nəcəf, Qum və Məşhəd alimlərinin rəyinə və təhlükəsizlik rəsmilərinin qərarına əsasən, düşmənlərin ali rəhbər Müctəba Xameneiyə xüsusi yollar və Təl-Əviv kimi universitetlərdə müzakirə olunan qəribə elmlər vasitəsilə zərər verə bilməmələri üçün onun yeni fotoları və videoları hələlik yayımlanmayacaq.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Salar Vilayətmədar deyib.
Deputat İranın yeni ali rəhbərinin səhhəti ilə bağlı suala cavabında bildirib:
“Hadisə yerində olan mühafizəçilərdən birinin komitəyə təqdim etdiyi məlumata görə, o, dağıntılar altından çıxarılanda zikr edirdi. Müalicə edən həkim də söyləyib ki, bədəni sağlamdır, heç bir sınıq yoxdur”.
Qeyd edək ki, "Nyu York Tayms" nəşri iranlı rəsmilərin M.Xamenei ilə təmasdan "İsrailin izləyib ali rəhbərə zərər vermək ehtimalına görə" yayındıqları haqda məlumat yayıb.
Oxşar xəbərlər
İsrail qorxusu: Rəsmilər Müctəba ilə təmasdan yanırlar
Müctəba Xamenei komadadır - KİV
Əraqçi: Yeni ali lider Müctəba Xamenei sağlam, aldığı xəsarətlər də yüngüldür
KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb
KİV: ABŞ və İsrail kəşfiyyat orqanları Müctəba Xameneinin sağ olub-olmadığını öyrənməyə çalışırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
