Kiyevdə atışmada polislər qaçdığı üçün rəis istefa verdi
Polis generalı Yevgeni Jukov Ukrayna Milli Polisinin Patrul Departamentinin rəisi vəzifəsindən istefa verib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə məlumatı "RBK Ukrayna" yayıb.
İstefa qərarı dünən atışma yerinə gələn, lakin atəş açıldıqdan sonra qaçan patrul əməkdaşları ilə bağlı qalmaqaldan sonra verilib.
"Döyüş zabiti kimi tutduğum vəzifədən istefa vermək qərarına gəldim. Məncə, bu ədalətli olardı", - Jukov deyib.
O, həmçinin atışma zamanı patrul əməkdaşlarının hərəkətlərinə də münasibət bildirib:
"Onlar vəziyyəti səhv qiymətləndirdi və yaralı mülki insanları təhlükə altında qoydular. Çox biabırçı hadisədir. Daxili araşdırma aparılacaq və bütün rəhbərlər bu hərəkətlərə görə məsuliyyətə cəlb olunacaq".
Qeyd edək ki, aprelin 18-də Kiyevin Qoloseevski rayonunda karabinlə silahlanmış şəxs atəş açıb. O, 4 nəfəri güllələyib, sonra isə "Velmart"da özünü barrikada qurub. Cinayətkar supermarketdə də bir nəfəri - girovu öldürüb. Sonda cinayətkar polis xüsusi təyinatlıları tərəfindən məhv edilib.
Onun Moskva əsilli 58 yaşlı Dmitri Vasilçenkov olduğu üzə çıxıb.
Oxşar xəbərlər
Şahin Diniyev "Səbail"-in baş məşqçisi postundan istefa verib
"Qalatasaray"ın futbol direktoru Cenk Ergün istefa verib
"Qalatasaray"la oyunda meydanı yarımçıq tərk edən "Adana Demirspor"un prezidenti istefa verib
Gürcüstanın Çexiyadakı səfiri istefa verib
Cənubi Koreyanın milli müdafiə naziri istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
