Gürcüstanın Çexiyadakı səfiri istefa verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
dek
2024
03:50

Gürcüstanın Çexiyadakı səfiri istefa verib

03 dek, 2024
03:50
620

Gürcüstanın Çexiyadakı səfiri istefa verib

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqların başlanması məsələsinin dondurulması ilə bağlı bəyanatından sonra istefa verib.

Sizinxeber.az xəbər verir ki, bu haqda o öz “X” hesabında məlumat verib.

“Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. Demək olar ki, iyirmi ilə yaxındır ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik bölgəyə inteqrasiyasını təşviq etmək, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!”, - deyə o bildirib.

Qeyd edək ki, Maisuradze ölkənin istefa verən altıncı diplomatı olub

Bizimlə əlaqə saxlayın