Moskvada avtomobili partlatmaqda ittiham olunan şəxs Türkiyədən Rusiyaya aparılıb
sizinxeber.az xəbər saytı

Moskvada avtomobili partlatmaqda ittiham olunan şəxs Türkiyədən Rusiyaya aparılıb


Moskvanın şimalında avtomobilin partladılmasında şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebryakov Türkiyədə ələ keçirilərək Rusiyaya aparılıb.

APA TASS-a istinadən xəbər verir ki, Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federasiyasının FTX-i Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə Türkiyə Respublikasının xüsusi xidmət və hüquq-mühafizə orqanlarının köməyi ilə Bodrum şəhərində saxlanılan və beynəlxalq axtarışda olan Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Yevgeni Nikolayeviç Serebryakov iyulun 26-da Rusiyaya gətirilib”, - deyə məlumatda bildirilir.

Şübhəli sonrakı təhqiqatın aparılması üçün prokurorluq əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, Serebryakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci (qəsdən adam öldürməyə cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.

Oxşar xəbərlər

Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub, onun kimliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub, onun kimliyi açıqlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər