KİV: Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur
sizinxeber.az xəbər saytı

KİV: Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur


Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın impiçment prosesində müxalifətdəki “Respublika” partiyasından bu vəzifəyə namizəd olacaq şəxsin adı açıqlanıb.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, müxalifətdə olan “Respublika” partiyası Armen Aşotyanın namizədliyini irəli sürməyə hazırlaşır.

Qəzet onun adının yaxın günlərdə rəsmən ictimaiyyətə açıqlanacağını da yazıb.

Nəşrin iddiasına görə, bir qədər əvvələdək sözügedən siyasi təşkilat ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanın namizədliyini dəstəkləyib, sonradan isə qərar dəyişib.

Qeyd edək ki, sözügedən partiyanın lideri müxtəlif illərdə Ermənistanın müdafiə naziri, milli təhlükəsizlik naziri, prezidenti və hökumət rəhbəri vəzifələrində işləmiş Serj Sarkisyandır.

Oxşar xəbərlər

İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəddir
KİV: Paşinyanın partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır
ABŞ-li senator: İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər
KİV: Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib
Armen Qriqoryan Araqçi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle