Kiyevə raket və dron hücumları olub, ölənlər var - VİDEO
Rusiya tərəfindən həyata keçirilən gecə hücumları nəticəsində Ukraynanın müxtəlif şəhərlərində dağıntılar və insan tələfatı qeydə alınıb.
APA xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə baş vermiş raket və dron hücumları nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücum nəticəsində sivil infrastruktur obyektləri, yaşayış binaları, avtomobillər və metro yolları ciddi zərər görüb.
Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) 05:00-a olan məlumatına əsasən, şəhərin 6 rayonunda dağıntılar qeydə alınıb. Solomensk rayonunda 500 kv.m sahəni əhatə edən anbarda yanğın baş verib, 16 mərtəbəli binada baş verən yanğından 3 nəfər xilas edilib. Darnitsk rayonunda isə düşən qalıqlar ən azı 3 yerdə avtomobillərə zərər verib.
Qolosievsk rayonunda sivil obyekt yanıb, məktəbə zərər dəyib, Aİ-yanacaqdoldurma məntəqəsi yaxınlığında avtomobilə qalıqlar düşüb. Desnyan, Şevçenkovski və Dneprovski rayonlarında da müxtəlif dağıntılar və yanğınlar qeydə alınıb. Metro xətlərinin bərpası işləri 24 saat ərzində davam etdiriləcək.
Ukraynanın qərbində yerləşən Luçk şəhəri də gecə hücumlarına məruz qalıb. Luçk meri İqor Palişçukun verdiyi məlumata görə, şəhərə 15 dron və 6 raket atılıb. Nəticədə 5 nəfər xəsarət alıb, lakin ölən yoxdur. Hücumlar nəticəsində çoxmərtəbəli binaların dam örtükləri və pəncərələri, ticarət obyektləri və avtomobillər zərər görüb.
Ternopolda isə sənaye və infrastruktur obyektlərinə zərbələr endirilib. Şəhər rəhbəri Sergey Nadal bildirib ki, şəhərin bir hissəsi işıqsız qalıb, su təzyiqi isə azalıb. Ternopolda havanın çirklənməsi və tüstülənmə müşahidə olunur, bu səbəbdən sakinlərə evdən çıxmamaq və uşaqların, yaşlıların küçəyə buraxılmaması tövsiyə edilib.


width="220" alt="Ukraynaya gecə hücumları nəticəsində paytaxtda 4 nəfər ölüb, qərb şəhərləri də zərbə altındadır" />
width="220" alt="Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />