Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb - YENİLƏNİB
Moskvanın şimalında partladılmış avtomobil hərbçi Andrey Torqaşov və onun həyat yoldaşına məxsusdur.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə zamanı hər iki şəxsin yaralandığı bildirilib. Müstəntiqlər Moskvada “Toyota Land Cruiser” markalı avtomobilin partladılmasını adam öldürməyə cəhd kimi qiymətləndirilib.
***
09:54
Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb.
APA TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin Sinyavinskaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında qeydə alınıb.
Partlayış kişi və qadının “Toyota Land Cruiser” avtomobilin içərisinə əyləşdiyi zaman baş verib. Məlumata görə, hər iki şəxs yaralanıb.
Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilib. Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.
Oxşar xəbərlər
Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb
Gəncədə usta bıçaqlanıb
Naxçıvanda avtomobil dirəyə çırpılıb, xəsarət alan var - FOTO
Şəmkirdə kişi arvadını bıçaqlayıb - YENİLƏNİB
Göyçayda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













