sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna ordusu Xersonda bazarı PUA ilə vurub, 7 nəfər ölüb, 20-dən çox yaralı var
Ukrayna ordusu FPV pilotsuz uçuş aparatlarından istifadə edərək Xerson vilayətinin Aleşki şəhərində bazara kütləvi zərbə endirib.
APA-nın Rusiya bürosu TASS-a istinadən xəbər verir ki, bu barədə Xerson qubernatoru (Ukraynanın Xerson vilayətindəki separatçı rejimin rəhbəri-red) Vladimir Saldo bildirib.
Onun sözlərinə görə, zərbə nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
"Moskva vaxtı ilə saat 09:30-da Aleşkidə, mərkəzi bazar ərazisində Ukrayna Silahlı Qüvvələri mülki şəxslərə FPV dronları ilə kütləvi zərbə endirib. Hücum zamanı bazarda çoxlu insan olub. İlkin məlumatlara görə, azı 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb" , - Saldo Telegram kanalında yazıb.
Oxşar xəbərlər
Ukrayna Xerson bazarına dronlarla zərbə endirib, 7 nəfər ölüb, 20-dən çox yaralı var
Xerson vilayətində bazara raket zərbəsi nəticəsində 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB
Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukturuna zərbə endirib
Xerson vilayətində bazara raket zərbəsi endirilib, ölənlər və yaralılar var - VİDEO
Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













