Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən əcnəbilərin sayı açıqlanıb
Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən xarici vətəndaşların sayı açıqlanıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk nəzarət olunan şəxslərin reyestrinin tətbiqinə başlanılandan indiyədək əcnəbilər üzərində 688 mindən çox yoxlama aparıldığını söyləyib.
DİN rəsmisi nəticədə 95 min 608 qanun pozucusunun müəyyən edildiyini bildirib.
Qeyd edək ki, fevralın 5-də Rusiyada ötən ilin sonunda qəbul olunan sərtləşdirilmiş miqrasiya qanunları qüvvəyə minib. Həmin qanunlardan biri də qanunu pozan miqrantların reyestrinin yaradılmasıdır.
Daxili İşlər Nazirliyi miqrantların reyestrinə kimlərin daxil ediləcəyini açıqlayıb. Belə ki, xarici vətəndaşlar haqqında məlumatlar reyestrə Rusiya ərazisində müvəqqəti olma, müvəqqəti yaşama icazəsi, yaşayış icazəsi, patent, iş icazəsi, əmək müqaviləsinin müddəti bitdikdə, habelə qaçqın kimi tanınmaqdan və müvəqqəti sığınacaq verilməsindən imtina etdikdə daxil edilir.
Oxşar xəbərlər
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Rusiyada olan qanunsuz miqrantların sayı açıqlanıb
Azərbaycan vətəndaşları Rusiyada qanunsuz miqrantlar siyahısında ilk beşlikdədir
Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib
20 min əcnəbi Rusiyadan çıxarılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













