Rusiya XİN: Hüquq-mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edir
sizinxeber.az xəbər saytı

Rusiya XİN: Hüquq-mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edir


Moskva Mərkəzi Asiyadan olan həmkarlarının miqrasiya sahəsindəki problemlərə dair bütün müraciətlərinə baxır və Rusiya hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərə aydınlıq gətirir.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz ondan irəli gəlirik ki, tərəfdaşlarımız ilk növbədə həm miqrantların özlərinin, həm də Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməyə yönəlmiş miqrasiya sahəsinin tənzimlənməsinə yanaşmalarımızı başa düşürlər. Biz də öz növbəmizdə bu sahədə yaranan problemlərlə bağlı həmkarlarımızın bütün müraciətlərini diqqətlə nəzərdən keçiririk", deyə rusiyalı diplomat vurğulayıb.

Qaluzin qeyd edib ki, Moskva Rusiya hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərlə bağlı “ətraflı izahat” verməyə çalışır: "Biz vurğulayırıq ki, hüquq-mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edirlər".

Oxşar xəbərlər

Rusiya DİN başçısının müavini MDB ölkələrinin Moskvadakı səfirləri ilə miqrant məsələsini müzakirə edib
Rusiya nüvə silahı sınağı keçirə bilər
Rusiya XİN: Ermənistanla razılaşmalara sadiqik
Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək
Mixail Qaluzin və Mehmet Kamal Bozay arasında məsləhətləşmələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər