Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Sizinxeber.az xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.
Putin Trampın və onun komandasına daxil olan şəxslərin bəyanatlarından onların Rusiya ilə birbaşa əlaqələrin bərpa olunması arzusunu gördüklərini deyib.
“Həmçinin, Trampın üçüncü dünya müharibəsinin başlanmasına imkan verməmək üçün hər şeyi etməyə hazır olması barədə bəyanatını eşitdik. Sözsüz ki, biz bu mövqeni alqışlayırıq”, - deyə o vurğulayıb.
Putin onu da əlavə edib ki, ABŞ və Rusiya arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınaraq, bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın bu gün andiçmə mərasimi keçiriləcək.
Oxşar xəbərlər
Putin Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Putin Trampın təhlükədə olduğunu düşünür
Putin Trampla görüşməyə hazır olduğunu bildirib
Kreml: Putin Trampla təmaslara hazırdır
Putin strateji nüvə qüvvələrinin məşqini keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
