Kreml: Moskva Bakı və İrəvanla münasibətləri bundan sonra da inkişaf etdirəcək
sizinxeber.az xəbər saytı

Kreml: Moskva Bakı və İrəvanla münasibətləri bundan sonra da inkişaf etdirəcək


“Rusiya Qafqazda sülh, sabitlik və təhlükəsizliyin olmasında maraqlıdır. Moskva Bakı və İrəvanla münasibətləri bundan sonra da inkişaf etdirəcək”.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Cənubi Qafqazın Rusiya üçün uzaq region olmadığını vurğulayıb: "Biz Qafqazda sülh, sabitlik, proqnozlaşdırıla bilən, qarşılıqlı etimad və təhlükəsizlik mühiti istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla öz yaxşı münasibətlərimiz var və biz bu əlaqələri yüksək qiymətləndiririk. Biz bu münasibətləri daha da inkişaf etdirmək üçün özümüzdən asılı olan hər şeyi etmək niyyətindəyik”.

Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları olub-olmaması ilə bağlı suala Kremlin sözçüsü “bu günlərdə heç bir əlaqə olmayıb” deyə cavab verib.

Oxşar xəbərlər

Peskov: Rusiya Ermənistan və Azərbaycanla münasibətlərin inkişafını davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: ABŞ Türkiyəyə açıq təzyiq göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər