Putin və Tokayev təyyarə qəzasının araşdırılmasını müzakirə edib
Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putin və Kasım Jomart Tokayev arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dövlət başçıları dekabrın 25-də Aktau şəhəri yaxınlığında göyərtəsində Rusiya və Qazaxıstan vətəndaşlarının da olduğu Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı veriblər.
"Tərəflər ondan çıxış edirlər ki, baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerindən tapılan" qara qutu"ların oxunmasına Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək. Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf xarakter daşıyacaq.
İki ölkə liderlərinin həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı üçün müvafiq mövzular üzrə daimi təmasda olacağı açıqlanıb", deyə Kremlin məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Putin Tokayevlə telefonla danışıb
Tokayev Putini Qazaxıstana səfərə dəvət edib
Tokayev Prezident İlham Əliyevə başsağlığı verib
Tokayev AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar İlham Əliyevə başsağlığı verib
Tokayev və Tramp arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













