sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
KİV: Rusiyada hərbi komendantlıqda baş verən yanğında 5 nəfər həlak olub
Rusiyanın Yakutsk şəhərinin Vilyuiski küçəsində binanın birinci mərtəbəsində yerli vaxtla 02:00 radələrində yanğın baş verib.
APA “BAZA”ya istinadən xəbər verir ki, yanğın və tüstü sürətlə bütün binaya yayılaraq beş nəfərin ölümünə, yeddi nəfərin yaralanmasına səbəb olub.
Yanğın 3 saatdan sonra söndürülüb.
Hazırda ölən və yaralananların kimliyi, həmçinin yanğının baş vermə səbəbləri açıqlanmır.
Bununla belə, yerli sakinlərin sosial şəbəkələrdəki mesajlarına əsasən sözügedən binada müvəqqəti toplama məntəqəsi, eləcə də hərbi komendantlıq var.
Oxşar xəbərlər
Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO
Gəncədə 4 min ot bağlaması yanıb
Masazırda inzibati binada yanğın olub
Sumqayıtda yaşayış binasında yanğın baş verib
Zaqatalada çay evi yanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










